“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ QEYD OLUNUB

News Image

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ QEYD OLUNUB

Gəncə Dövlət Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək yeni tədris ilinin başlanması münasibəti ilə ali təhsil ocağının əməkdaşlarını və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb və onlara uğurlar arzulayıb. 

Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb və son illər ərzində universitetdə əldə edilən nailiyyətlər, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirib ki, Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı son 10 ildə 4 mindən 8 minə qədər yüksəlib. GDU-da təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif istiqamətlərə aid bakalavriat səviyyəsi üzrə 44 ixtisas, magistratura səviyyəsi üzrə 23 ixtisas üzrə 68 ixtisaslaşmada kadrlar hazırlanır.

Rektor son illərdə Gəncə Dövlət Universitetinə qəbul olunan tələbələr arasında yüksək bal toplayan gənclərin sayının ilbəil artdığını xüsusi vurğulayıb və diqqətə çatıdırıb ki, 2026/2027-ci tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.

Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, 2026/2027-ci tədris ili üzrə 1800-dən çox gənc Gəncə Dövlət Universitetinin tələbəsi adını qazanıb. O da vurğulanıb ki, universitet məzunları əldə etdikləri nəzəri bilik və praktiki bacarıqlar sayəsində həm ölkə daxilində, həm də xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər. Prorektor məzunların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasının universitetdə həyata keçirilən keyfiyyətli tədrisin, müasir inkişafı üçün yaradılan imkanların nəticəsi olduğunu diqqətə çatdırıb.   

Tədbirdə 673,1 bal toplayaraq GDU-nun bakalavriat səviyyəsi üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olan Xədicə Ələkbərova və 84,5 bal toplayaraq magistratura səviyyəsinə qəbul olan Qənirə Rzazadə çıxış ediblər. Tələbələr Gəncə Dövlət Universitetinin tələbəsi adını qazandıqları üçün sevinc hissi keçirdiklərini, təhsillərini məhz GDU-da davam etdirəcəklərinə görə fəxr etdiklərini bildiriblər. Gənclər GDU-da təhsil almağın yaratdığı imkanları yüksək qiymətləndirərək, qarşıdakı təhsil illərində yeni uğurlar qazanacaqlarını və universitetin adını layiqincə təmsil edəcəklərini bildiriblər.

 Tələbə valideyni İlahə Namazova çıxış edərək bildirib ki, övladının Gəncə Dövlət Universitetini seçməsi təsadüfi deyil. Belə ki, qədim və zəngin tarixə malik GDU-nun özünəməxsus yeri və nüfuzu var. Universitetdə yaradılan müasir təhsil imkanları, professor-müəllim heyətinin peşəkarlığı və universitet rəhbərliyi tərəfindən tələbələrə göstərilən diqqət və qayğı bu seçimdə mühüm rol oynayır.

Tədbirin sonunda GDU-ya yüksək balla qəbul olan tələbələrə THİK tərəfindən hədiyyələr təqdim olunub.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Gəncə Dövlət Universitetində “Məzun Günü” keçirilib.

News Image

Gəncə Dövlət Universitetində “Məzun Günü” keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi anılıb.

 Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

   Universitetin rektoru Yusif Yusibov məzunları təbrik edərək onlara gələcək həyatlarında, peşə fəaliyyətlərində və karyeralarında uğurlar arzulayıb, məzunların universitetdə əldə etdikləri biliklər əsasında yüksəkixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. Rektor gənclərə milli-mənəvi dəyərlərə sadiq qalaraq Vətənə və xalqa layiqincə xidmət etməyi, həmçinin məzunu olduqları ali təhsil müəssisəsinin nüfuzunu hər zaman qorumalarını və onu uğurla təmsil etmələrini tövsiyə edib. Rektor Yusif Yusibov diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilində universitetdə ümumilikdə 2000-dən çox tələbə məzun olur. Bir vaxtlar yalnız pedaqoji ixtisaslar üzrə kadr hazırlayan universitetdə hazırda müxtəlif sahələrdə bakalavriat səviyyəsi üzrə 46 ixtisas, magistratura səviyyəsi üzrə isə 23 ixtisas üzrə 64 ixtisaslaşmaya aid kadrlar hazırlanır. Son 10 ildə isə Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin sayı 2 dəfəyə qədər yüksəlib. Çıxışında ölkəmizdə təhsilə və elmə göstərilən dövlət qayğısından danışan rektor Yusif Yusibov universitetin beynəlxalq reytinqlərdə artan nüfuzundan, müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığından və tələbələr üçün yaradılan imkanlardan söhbət açıb. O da diqqətə çatdırılıb ki, Universitetdə yüksək ixtisaslı pedaqoji və elmi kadrların hazırlanması istiqamətində, tədris prosesinin, elmi-tədqiqat işlərinin təşkilində daim uğurlu işlər həyata keçirilir, professor-müəllim heyətinin və tələbələrin müxtəlif proqramlar çərçivəsində yerli və beynəlxalq layihələrdə iştirakı təmin olunur və dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunlara səmimi ürək sözlərini çatdırıb, Gəncə Dövlət Universitetinin məzunları arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.

   Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Recep Öztop gənclərin təhsil almasının önəmində danışıb, məzunlara gələcək işlərində uğurlar arzu edib.

    Şəhid Elşən Abdullayevin atası Sabir Abdullayev çıxış edərək ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən univseritet rəhbərliyinə minnətdarlığını bildirib.

   İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Tellan Zeynalova çıxışında Gəncə Dövlət Universitetinin məzunu olmaqdan qürur duyduğunu dilə gətirib, tələbələrə göstərilən yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə və müəllimlərə minnətdarlığını ifadə edib.

Tədbirdə təhsildə göstərdikləri yüksək nəticələrə və ictimai işlərdə fəal iştiraka görə bir qrup məzuna Fəxri fərman təqdim olunub.

  “Məzun Günü” konsert proqramı ilə davam edib və möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

News Image

Gəncə Dövlət Universitetində bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm vəTəhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin  hər il gənclər arasında birgə təşkil etdiyi  müsabiqə-festivalın məqsədi tələbələri mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli   adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.

Gəncə Dövlət Universitetində keçirilən yaradıcılıq festivalının baxış müsabiqəsində təşkilat komitəsinin məsul nümayəndələri və münsiflər heyətinin üzvləri – xalq artisti Samir Cəfərov, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnsturmental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, əməkdar artist Rəşad Haşımov iştirak ediblər.

Rektorun baş müşaviri Asif Cavadov  çıxış edərək müsabiqə festivalının əhəmiyyətindən və gənclər üçün yaradılan şəraitdən danışıb.

   Çıxışlardan sonra GDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlovun və Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyevanın təşkilatçılığı ilə hazırlanan zəngin konsert proqramında tələbələr ifasında səsləndirilən vokal, instrumental, xor ifaçılığı, bədii qiraət, aşıq havaları, eləcə də xalq mahnıları maraqla qarşılanıb.

  Münsiflər heyəti təqdim olunan çıxışları yüksək qiymətləndirib, gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə dərin təşəkkürünü bildiriblər.

Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.

GDU-da “Səməni” festifalı

News Image

GDU-da “Səməni” festifalı

Gəncə Dövlət Universitetində Kimya və biologiya fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib. Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş olunub. Tələbələrin maraqlı əl işləri, səmənilər, eləcə də qədimi əşyaların nümayişi, tələbələrin milli rəqsləri və bayram tonqalı festifalı daha da maraqlı edib. 

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbir iştirakçılarını qarşıdan gələn Novruz və Ramazan bayramı münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir və tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. Universitetdə keçirilən “Səməni” festifalı da milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və gənclərə ötürmək məqsədi daşıyır.

 Novruz bayramının personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı hər kəsə xoş ovqat bəxş edib. Sonda Gəncə Dövlət Universitetinin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən festifalın qalibləri müəyyən edilərək ən yaxşı 4 komandaya mükafatın verilməsi qərara alınıb.

Gəncə Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib

News Image

Gəncə Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib

 Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra idman sahəsində əldə edilən uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

 Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdü. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərman, kubok və medal ilə təltif olunublar.

Gəncə Dövlət Universitetinin tələbələri “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüblər

News Image

Gəncə Dövlət Universitetinin tələbələri “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüblər

3 mart 2026-cı il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

2024/2025-ci tədris ilində yüksək akademik göstəriciləri və ictimai fəallığı ilə seçilən Gəncə Dövlət Universitetinin 5 tələbəsi də “Həmkarlar İttifaqı təqaüdü”nə layiq görülüb.

Təqdimetmə mərasimində çıxış edənlər diqqətə çatdırıblar ki, layihə tələbələr arasında elmə marağın artırılması, sosial fəallığın gücləndirilməsi və həmkarlar ittifaqı dəyərlərinin təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs təhsildə yüksək akademik nəticələr göstərən, ictimai fəallığı, təşkilatçılıq bacarığı və həmkarlar ittifaqı hərəkatında aktiv mövqeyi ilə seçilən tələbələrin stimullaşdırılmasına xidmət edir. Akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı uğurlu təşəbbüslərdən biridir.

GDU-nun tələbələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda fəal iştirakına görə sertifikata layiq görüldülər

News Image

GDU-nun tələbələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda fəal iştirakına görə sertifikata layiq görüldülər

GDU-nun tələbələri IV Aqrar Startaplar və İnnovasiya Forumunda fəal iştirakına görə sertifikata layiq görüldülər

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib. Forum ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində baş tutub.

Forumda dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, akselerasiya və inkubasiya mərkəzlərinin təmsilçiləri, investorlar, aqrar startapçılar, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlər iştirak ediblər. Gəncə Dövlət Universitetini İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev, şöbənin əməkdaşı Kamran Yusibov, Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslanov və Zeynəb Nağıyeva təmsil ediblər.

IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin tələbələri İsfəndiyar Aslanov və Zeynəb Nağıyeva öz startap layihələrini təqdim ediblər. Tələbələrimiz forumda fəal iştirakına görə sertifikata layiq görülüblər.

Kimya və biologiya fakültəsinin tələbəsi İsfəndiyar Aslanov Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalıdır. İsfəndiyar Aslanov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Həmkar təqaüdünə layiq görülmüş tələbədir


Gəncə Dövlət Universitetində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

News Image

Gəncə Dövlət Universitetində 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra gənclərə həsr edilən videoçarx nümayiş olunub.

 Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin tarixindən, gənclərin aparıcı qüvvə kimi formalaşmasında dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncliyi ölkənin iqtisadi və intellektual gücünün aparıcı qüvvəsidir.

 GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin  uğurla davam  etdirilməsi  gənclərdə böyük ruh yüksəkliyi və işıqlı sabahımıza dərin inam yaradır. 

Tədbirdə təhsildə və ictimai işlərdə fərqlənən GDU-nun bir qrup tələbəsinə Fəxri fərman təqdim edilib.

Tələbələr onlara göstərilən diqqətə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova minnətdarlıqlarını bildiriblər.

GDU-da iki fakültənin THİK sədri “Yeni bir fikrim var-2” müsabiqəsinin qalibi olub.

News Image

GDU-da iki fakültənin THİK sədri “Yeni bir fikrim var-2” müsabiqəsinin qalibi olub.

Gəncə Dövlət Universitetində İnnovasiya Departamentinin təşkilatçılığı ilə keçirilən “Yeni bir fikrim var 2” layihə müsabiqəsinin final mərhələsi başa çatmışdır.

Müsabiqədə iştirak edən tələbələr arasında 2-ci yerin qalibi universitetimizin iki THİK sədrindən ibarət «SADA» komandası olmuşdur: Məmmədova Sevgi – Xarici Dillər fakültəsinin THİK sədri və İsgəndərova Şəfiqə – Kimya-Biologiya fakültəsinin THİK sədri.

Komanda tərəfindən təqdim edilən layihə 38 ideya arasından seçilərək yüksək nəticə göstərmiş və Sertifikat + 500 AZN mükafatla təltif olunmuşdur.

Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq sədrlərimizi göstərdikləri təşəbbüskarlığa, innovativ düşüncəyə və uğurlu nümayəndəliyə görə təbrik edirik!