Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, təhsil müəssisəsində təhsil alan tələbələrin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin fəaliyyəti əsasən əmək münasibətlərinin düzgün tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili istiqamətlərini əhatə edir.
Struktur baxımından Komitə, təhsil müəssisəində fəaliyyət göstərən fakültə həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır və üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Bundan əlavə, istirahət imkanlarının təşkili, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz üzvləri ilə daimi ünsiyyət saxlayaraq, həmrəylik və sosial ədalət prinsipləri əsasında fəaliyyətini davam etdirir.

İttifaqın struktur genişliyi və üzv sayı
Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, universitetdə fəaliyyət göstərən 8 fakültə, 2 şöbədən ibarət 2141 ittifaq üzvünü özündə birləşdirir.
Gəncə Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri:


